6 nəfər həbs edilibbackend

6 nəfər həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror təşkilatı PKK/KCK üzvlərinə qarşı keçirilən əməliyyatda 6 ədəd əl istehsalı partlayıcı ələ keçirilib. 6 şübhəlinin nəzarətə alındığı öyrənildi.

NOCOMMENT xəbər verir ki, terror təşkilatının sensasion fəaliyyət planının qarşısı yenə alınıb.

İzmir İl Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi və Kəşfiyyat Şöbə Müdirliyi qrupları, terror təşkilatı PKK/KCK üzvlərinin Menemen rayonundakı bir ünvanda hərəkətlərdə istifadə edilmək üçün əl istehsalı partlayıcı hazırladıqları xəbəri üzərinə hərəkətə keçib.

Xüsusi əməliyyat polisi texniki və fiziki izləmədən sonra mayın 31-də 2 nəqliyyat vasitəsi və 1 iş yerində əməliyyat keçirib.

6 əl istehsalı partlayıcı tapıldı, 6 şübhəli həbs olundu

Əməliyyata hadisə yeri araşdırma və bomba məhv şöbə müdirlikləri də qatıldı.

Ünvanlarda aparılan axtarışlar zamanı 6 ədəd hazırlanmış partlayıcı ələ keçirilib.

Əməliyyatda nəzarətə alınan 6 şübhəli polis bölməsindəki əməliyyatların ardından sövq edildikləri məhkəmə tərəfindən həbs edilib.