Türkiyənin Ədirnə bölgəsində qeyri-qanuni yollarla Yunanıstana qaçmaq istəyərkən yaxalanan 6 FETÖ şübhəlisi həbs edilib.
NOCOMMENT xəbər verir ki, Meriç rayonundakı 1-ci dərəcəli hərbi qadağa zonasında ötən gün keçirilən əməliyyatda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq nəzarətə alınan 5 FETÖ/PDY şübhəlisinin jandarmada əməliyyatları tamamlanıb.
Ədliyyəyə sövq edilən şübhəlilər prokurorluqdakı ifadələrinin ardından hakimlik tərəfindən həbs edilib.