60-dan çox rusiyalı Qəzza zolağından Misirə yola düşdübackend

60-dan çox rusiyalı Qəzza zolağından Misirə yola düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 60-dan çox Rusiya vətəndaşı Qəzza zolağından “Rəfah” keçid məntəqəsini keçib və hazırda Misirdədir. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Telegram kanalında məlumat verilib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, rusiyalı diplomatlarla birlikdə dinc əhalinin Qəzza zolağından təxliyəsi üzrə işlər təşkil olunub.

Noyabrın 12-də sərhədi keçən Rusiya Federasiyasının bütün vətəndaşları Qahirəyə göndəriləcək. Orada Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahı yerləşdiriləcək.

Noyabrın 10-da Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, rusların Qəzza zolağından “Rəfah” keçid məntəqəsi vasitəsilə təxliyəsi üç gün davam edə bilər. Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, müddət nəzarət məntəqəsinin keçid qabiliyyətindən asılı olacaq.