600-dən yuxarı bal toplayan iki abituriyent tələbə adını qazana bilmədibackend

600-dən yuxarı bal toplayan iki abituriyent tələbə adını qazana bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2 nəfər 600-dən yuxarı bal toplayıb, lakin ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Onlar I və III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərdir”.

 

NOCOMMENT.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında deyib.

 

“I ixtisas qrupunda bir abituriyent sadəcə Bakı Ali Neft Məktəbinin dövlət sifarişli ixtisasını yazıb və qəbul olunmayıb. Bu da onun seçimidir. 400 baldan yuxarı nəticə göstərib, qəbul olunmayan isə 3 nəfər var.

 

II ixtisas qrupda 390 baldan yuxarı bir nəfər də yoxdur ki, qəbul olunmasın.

 

 

III ixtisas qrupunda bir nəfər var ki, 600-dan yuxarı bal toplayıb, amma BDU-nun dövlət sifarişli hüquqşünaslıq ixtisasını seçib və qəbul olmayıb. Ümumilikdə, 550-dən yuxarı bal toplayıb qəbul olunmayan 1 nəfər, 400 baldan yuxarı isə 22 nəfər var.

 

IV ixtisas qrupunda 590-dan yuxarı nəticə göstərən və qəbul olmayan bir şəxs var. 500-dən yuxarı bal toplayıb, qəbul olunmayan 40 nəfərdir, 600-dan yuxarı bal toplayıb, qəbul olunmayan isə yoxdur”, – M.Abbaszadə bildirib.