645 min manatlıq tender – Səhiyyənin proqram təminatı kimə verildi?backend

645 min manatlıq tender – Səhiyyənin proqram təminatı kimə verildi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələri üçün proqram təminatının satınalması ilə bağlı keçirilmiş tenderin qalibi “DATA TECHNOLOGİES” MMC olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında ümumi dəyəri 645.356,93 manat təşkil edən müqavilə bağlanacağı gözlənilir.

Şirkətin nizamnamə kapitalı cəmi 100 manat, qanuni təmsilçisi isə Vüqar Hacılı Fəxrəddin oğludur.