650 şagird zəhərləndibackend

650 şagird zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Qum və Burucərd şəhərlərindəki məktəblərdə 650 qız şagirdin zəhərləndiyi məlum olub.

NOCOMMENT xəbər verir ki, şagirdlərin məktəbə getməməsi üçün qəsdən zəhərləndiyi iddia edilərkən, İranın səhiyyə naziri Bəhram Eynollahi, “Görünür, bəziləri bütün məktəblərin, xüsusilə də qız məktəblərinin bağlanmasını istəyir” deyib.

Şagirdlərin başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya aparıldığı, heç bir can itkisinin olmadığı bildirilib.