Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məktəbəqədər təhsil müəssisələri üçün elektron sənəd qəbul sistemi, ali və orta ixtisas təhsili alt sistemi, həmçinin ümumtəhsil məktəblərin, lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu sistemlərinin təkmilləşdirilməsi üçün satınalma həyata keçirəcək.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, atınalma qalibi “PROFESSİONAL İT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında 676.610,82 AZN-lik müqavilə bağlanması gözlənilir.
Qalib şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi İradə Anoxina Vaqif qızıdır.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovdur, Nazir Elm və Təhsil Nazirinin əmrullayev tərəfindən təyin olunub. Bu layihə ölkədə təhsil proseslərinin rəqəmsallaşdırılmasına və elektron xidmətlərin səmərəliliyinin artırılmasına xidmət edəcək.