7 addımda tənbəllikdən QURTULUNbackend

7 addımda tənbəllikdən QURTULUN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən heç birimiz heç nə etmək stəmirik. Etməli olduğumuz işləri təxirə salırıq və bütün günü yataqdan çıxmaq istəmirik. Tənbəlliyə son qoymaq istəyirsənsə, indi dəyişiklik vaxtıdır..!

NOCOMMENT.az üzərinizdəki tənbəlliyi üstünüzdən atmağın 7 yolunu sizə təqdim edir:

1.Uğursuzluqdan qorxmayın

Bütün mümkün imkanları və bütün pis ssenariləri nəzərdən keçirin. Uğursuz olduğunuz zaman sizə nə olacaq? Heç vaxt unutmayın ki, uğursuz olsanız da, təcrübə qazanacaqsınız. Eyni zamanda güclü və cəsarətli bir mövqeyə sahib olacaqsınız. Bu şəkildə özünüzü sevməyə başqa bir səbəbiniz olacaq.

2. Vaxta deyil, tapşırığa yönəlin

Gördüyünüz işin nə qədər qısa olmağına deyil, nə etməli olduğunuza diqqət etsəniz, daha həvəsli olacaqsınız və daha çox iş görmək istəyəcəksiniz.

3. Dəqiq hədəfiniz olsun

Nə etdiyinizi və niyə etdiyinizi bilin. Sizi həqiqətən nəyin xoşbəxt edəcəyini dəqiqləşdirin və onu özünüzə hədəf qoyun. Ona çatmaq üçün əlinizdən gələni edin. Uğura çatacağınız günü düşünün.

4. Görüləcək işlərin siyahısını tutun

Ən çətin addım həmişə işə başlamaqdır. Sizi nə gözlədiyini və nə etmək lazım olduğunu qeyd edin. Görülən işlər siyahısı işə başlamağı asanlaşdırır.

5. Gərəksiz olaraq söz verməyin

Qəbul etdiyiniz hər əlavə iş motivasiyanızı daha da azaldır. Xeyr deməyi və diqqətinizi biraz özünüzə yönəltməyi öyrənin.

6. Ruhən yaxşı hiss edin

Psixi sağlamlıq fiziki sağlamlıq qədər vacibdir. Məşq və meditasiya yolu ilə ruhunuz üçün qaçış nöqtələri yaradın. Stress səviyyənizi dərk edin. Uğur qazanmaq üçün sakit bir zehin lazımdır.

7. Gününüzü planlayın

Planlı bir gün məhsuldar gündür. Oyandığınız andan etibarən edəcəklərinizi gözdən keçirin. Ən məhsuldar vaxtı tapmağa çalışın və bu saata görə gününüzü planlayın.