7 avtomobilin qarışdığı zəncirvari qəzada 2 nəfər yaralanıbbackend

7 avtomobilin qarışdığı zəncirvari qəzada 2 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bursansanın İnegöl rayonunda 7 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 2 nəfər yaralanıb.

NOCOMMENT xəbər verir ki, İnegöl-Bursa magistral yolunun Hikmət Şahin körpüsü qovşağında yağış səbəbindən sürəti azalan nəqliyyatda mikroavtobus hərəkət edən avtomobilə çırpılıb.

Qəza sonrasında arxadan gələn daha 5 avtomobil bir-birinə çırpılıb. Zəncirvari qəza nəticəsində sürücülər xəsarət almayıb, nəqliyyat vasitələrində sərnişin olan İrem M. və Seher S. isə yaralanıb.

Yaralılara təcili yardım maşınları ilə İnegöl Dövlət Xəstəxanası Təcili Xidmətə aparılıb və müalicə olunub. Qəzaya görə bağlanan yol nəqliyyat vasitələri yoldan çıxarıldıqdan sonra hərəkətə açılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.