7 ayda neçə üçəm və dördəm doğulub?backend

7 ayda neçə üçəm və dördəm doğulub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 58401 doğulan körpə qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11-dan 9,8-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1928-i əkiz, 84-ü üçəm və 4-ü isə dördəm doğulub. Beləliklə cari ilin 7 ayında 31069 oğlan, 27 332 qız doğulub