7 nəfər dəniz tısbağası ətini yedikdən sonra ölübbackend

7 nəfər dəniz tısbağası ətini yedikdən sonra ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanzaniyanın Hind okeanındakı üçüncü ən böyük adası olan Mafiya adasında dəniz tısbağası əti yedikdən sonra azı 7 nəfərin öldüyü, 8 nəfərin isə xəstələndiyi bildirilir.

NOCOMMENT-in məlumatına görə, Mafiya adasındakı Bweni kəndinin muxtarı Cuma Xatibu bazar ertəsi axşam saatlarında bildirib ki, zərərçəkənlər şənbə günü axşam balıqçılardan zəhərli dəniz tısbağası ətini alıb və gecə yeyiblər.

Xətibu xəstəxanaya yerləşdirilən səkkiz xəstənin vəziyyətinin stabil olduğunu bildirib.

Tanzaniya hökuməti konservasiya məqsədilə tısbağa ətinin yeyilməsini qadağan etsə də, qaydalara əməl etməyən bəzi balıqçılar bu əti qanunsuz satırlar. Bəzi tısbağaların zəhərli olduğu məlumdur. Ötən ilin oktyabrında Lindinin cənub bölgəsində zəhərli olduğu güman edilən tısbağa ətini yedikdən sonra azı 3 nəfər ölmüş, 74 nəfər isə xəstələnmişdi.