Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlərin sayı 15-ə çatıb.
NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 7 namizədin irəli sürülməsi artıq təsdiq olunub, 8 namizədin müraciətinə baxılacaq.