7 silahlı dəstə üzvü zərərsizləşdirildibackend

7 silahlı dəstə üzvü zərərsizləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Zamfara əyalətində silahlı dəstələrə qarşı keçirilən əməliyyatlarda 7 dəstə üzvü öldürülüb, 2 nəfər isə ələ keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media əməliyyatları direktoru Musa Danmadami ordunun Zamfara əyalətinin Zurmi bölgəsində silahlı dəstə üzvlərinə qarşı əməliyyatlar keçirdiyini bildirib.

Əməliyyatlarda silahlı dəstənin sığınacaqlarının məhv edildiyini bildirən Danmadami, dəstə üzvlərinə məxsus 7 motosiklet, 2 silah və mühüm sursatın ələ keçirildiyi barədə məlumat paylaşıb.

Qeyd edək ki, Zamfara əyaləti 5 ildir silahlı dəstə üzvlərinin hücumları ilə üzləşir.

NOCOMMENT.AZ