7 yaşlı uşaq idmanla məşğul ola bilər? – Həkimlər deyir ki….backend

7 yaşlı uşaq idmanla məşğul ola bilər? – Həkimlər deyir ki….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 yaşlı uşağın idman zalında ölümündən sonra azyaşlıların idman məşğələlərinə gedişi mübahisə mövzusu olub. Bəziləri bu rəydədir ki, bu yaşda olan uşaqların orqanizmi hələ zəifdir, onların idmanla məşğul olması ziyanlarınadır. Digərləri bu fikirdədir ki, övlad kiçik yaşlarından fiziki tərbiyə almalı və güclü olmalıdır. Bu qism adamlar həm də orta məktəbdə yuxarı sinif şagirdlərinin azyaşlılara qarşı fizki təhdidinə də əsas gətirir. belə bir dəlil irəli sürülür ki, idmanla, xüsusən, əlbəyaxa döyüş növləri ilə məşğul olan azyaşlılar bunun sayəsində özlərini müdafiə edə bilirlər.

NOCOMMENT.az xəbər verir ki, terapevt Məlahət Abbasova Yenisabah.az-a açıqlamasında bildirib ki, 7 yaş idmanla məşğul olma üçün münasib dövrdür:

“Amma bu, hansı idman növünün olmasından asılıdır. Yüngül idman növləri azyaşlı uşaqlar üçün uyğun məşğuliyyətdir. Güləş, taekvando kimi əlbəyaxa idman növləri ilə 9-10 yaşlı uşaqlar məşğul ola bilər.

Ondan kiçik uşaq əvvəlcə əlbəyaxa növlərə fiziki cəhətdən hazırlıqlı olmalıdır. Yəni əzələlərin möhkəm olmasına əminlik olmalıdır. Ancaq bundan sonra həmin uşaq məşqlərə buraxıla bilər. Bunun üçün həkim müayinəsi mütləqdir.

Pediatr Fatimə Qafarova isə hesab edir ki, idman istənilən yaşda olan uşaq üçün uyğundur:

“Ancaq bu uşağın sağlamlıq vəziyyətindən aslıdır. Əgər uşaq həkim müayinəsindən keçibsə və tamamilə sağlamdırsa, idmanın istənilən növü ilə məşğul ola bilər.

İdman sağlamlıqdır, məşğuliyyət düzgün şəkildə aparılmalıdır”.