70 illik arzu gerçəkləşdibackend

70 illik arzu gerçəkləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə üçün tarixi günə az qaldı. Akkuyu Atom Elektrik Stansiyasının birinci bloku üçün geri sayım davam edir. Keçmiş xəzinə və maliyyə naziri Berat Albayrak vəzifədə olduğu müddətdə işə başlayan Akkuyu Atom Elektrik Stansiyası üçün ’70 illik xəyal’ ifadələrini işlədib.

NOCOMMENT xəbər verir ki, Türkiyənin bir maddədə ən böyük investisiyası olan Akkuyu Atom Elektrik Stansiyasının birinci bloku başa çatmaq üzrədir. Türkiyənin ümumi elektrik ehtiyacının yüzdə 10-unu qarşılayacaq elektrik stansiyası bu gün ediləcək yanacaq yükləməsi ilə rəsmi olaraq nüvə obyekti statusunu qazanacaq.

Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu Atom Elektrik Stansiyasında işlər tam sürətlə davam edir. Mersinin Gülnar rayonunda inşa edilən elektrik stansiyası, hər biri 1200 meqavat gücündə olan 4 reaktor tam gücü ilə işə düşdükdən sonra Türkiyənin ümumi elektrik ehtiyacının 10 faizini özü ödəyəcək.