Zirzəmi su ilə dolub-daşır, divarlarda iri çatlar əmələ gəlib, dəhlizi isə çöküb. Sumqayıtda keçmiş məcburi köçkünlərin yaşadığı sanatoriya qəzalı vəziyyətə düşüb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, binanın divar və tavanlarda dərin çatlar yaranıb, konstruksiyaların aşınması nəticəsində bəzi otaqlarda döşəmə çökmə təhlükəsi ilə üz-üzədir.
Şikayətçilər deyirlər ki, yaranmış vəziyyətlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən binaya baxış keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bina “Azərnerji” ASC-nin balansında olmasına baxmayaraq, 72 ailənin təhlükəsizliyi nəzərə alınaraq şəhər rəhbərliyinin tapşırığına əsasən, diqqətdə saxlanılır. Hazırda aidiyyəti qurumların birgə araşdırmalarının nəticəsi əsasında bina ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.