73 gün əsirlikdə olan qazi evinə döndü – VİDEObackend

73 gün əsirlikdə olan qazi evinə döndü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan əsirliyindən azad edilmiş Nurəddin Yolçuyev gecə saatlarında müalicə aldığı xəstəxanadan evinə dönüb. Sevinci hədsiz olan ana, əsirlikdən qayıdan övladını dizin-dizin gedərək qarşılayır.

NOCOMMENT xəbər verir ki, görüntülər Yevlaxın Marzılı kəndində Nurəddin Yolçuyevin yaşadığı evdə yeniavaz.com tərəfindən lentə alınıb.

Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edən, Yevlax rayon Marzılı kənd sakini 22 yaşlı Nurəddin Yolçuyev oktyabrın 2-də yaralı halda düşmən tərəfə əsir düşüb. Yaxınları ondan bir müddət xəbər tuta bilməsələr də, sonradan onun ermənilər tərəfdən əsir götürüldüyünü öyrənə bilirlər. Nəhayət, 2020-ci ilin son günü Nurəddin ailəsinə qovuşub.

Yaralı qazini anası Vüsalə Yolçuyeva, nənəsi Banu Umudova, atası Bəxtiyar Yolçuyev və kənd sakinləri böyük coşqu ilə qarşılayıblar. 22 yaşını əsirlikdə tamamlayan Nurəddin Yolçuyev, 2 bacının yeganə qardaşıdır.

44 günlük Vətən müahribəsində gedən döyüşlərdə Talış istiqamətində ayağından yaralanan Nurəddin Yolçuyevin bir müddət müalicəsi davam edəcək.