77 nömrəli marşrut avtobusunda hadisə – Yaşlı qadın… – VİDEObackend

77 nömrəli marşrut avtobusunda hadisə – Yaşlı qadın… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 77 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusda hadisə baş verib.

NOCOMMENT.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” şirkəti sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, avtobus sürücüsünün qəfil əyləci sıxması nəticəsində sərnişin müvazinətini itirərək şüşəyə çırpılıb və şüşə sınıb. Qadının səhhəti barədə məlumat qeyd olunmayıb.

Hadisə ilə bağlı şirkət tərəfindən sərnişinlərə müraciət edilib. Müraciət belədir:

Avtobusda olarkən salondakı əl tutacaqlarından yapışmaq çox vacibdir.

Tutacaqlardan istifadə edilmədiyi təqdirdə sərnişinin yıxılaraq xəsarət alması ehtimal artır. Həmçinin videodada göründüyü kimi nəqliyyat vasitəsinə də maddi ziyan vurulur”.