79 qeyri-qanuni miqrant xilas edildibackend

79 qeyri-qanuni miqrant xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmirin Çeşme, Dikili və Karaburun rayonları açıqlarında yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 79 qeyri-qanuni miqrant xilas edilib.

NOCOMMENT.az xəbər verir ki, Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamada adı çəkilən rayonların sahillərində rezin qayıqlarda nizamsız miqrantların olması xəbəri üzərinə bölgəyə qayıq qrupu göndərilib.

Komandalar Yunanlar tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan Karaburunda 12, Dikilidə 26 və Çeşmədə 41 olmaqla ümumilikdə 79 qeyri-qanuni miqrantı xilas edib.

Bundan əlavə, Çeşmə rayonu sahillərində miqrant qaçaqmalçısı saxlanılıb.

NOCOMMENT.AZ