8 aylıq hamilə olan sevgilisini qətlə yetirən şəxs barədə QƏRARbackend

8 aylıq hamilə olan sevgilisini qətlə yetirən şəxs barədə QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə şəhərində qeyri-rəsmi nikahda yaşadığı 36 yaşlı Günay Ələkbərovanı amansızlıqla qətlə yetirən Şirxan İmanovun məhkəməsi başa çatıb.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 8 aylıq hamilə qadını işlətdiyi kafedə girov saxlayan və daha sonra öldürən 1984-cü il təvəllüdlü Ş.İmanova 17 il həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 120.2.8, 128 və 145.2.2-ci (Hamilə qadını öldürmə, qəsdən sağlamlığa yüngül zərər vurma və qanunsuz azadlıqdan məhrumetmə) maddələri üzrə təqsirli bilinib.

Məhkəmədə Ş.İmanov G.Ələkbərovanı qətlə yetirmədiyini, qadının özünə xəsarət yetirməsi səbəbindən öldüyünü iddia edib.

Lakin araşdırmalar zamanı Şirxan İmanovun sevgilisi ilə kafedə dalaşması və qapını bağlayaraq oradan çıxmağa imkan verməməsi məlum olub. Buna səbəb isə Günayın ilk evliliyindən olan uşaqlarını görmək istəməsi olub. Hadisə vaxtı G.Ələkbərova aktiv müqavimət göstərdikdə Şirxan zərbələr endirərək onu öldürüb.