8 Mart günü yollarda qeyri-adi intensivlik – Səbəbi məlum oldubackend

8 Mart günü yollarda qeyri-adi intensivlik – Səbəbi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə ənənəvi olaraq əksər iş yerləri və təhsil müəssisələrində fəaliyyət olmadı. Lakin gözlənilənin əksi olaraq bu paytaxtdaxili və şəhərətrafı yollarda nəqliyyatın intensivliyinin daha da artması ilə müşahidə olundu.

Xüsusilə, Bakıdan rayonlar istiqamətinə və ətraf qəsəbələrə gedən yollarda bu sıxlıq özünü daha çox göstərib. Bəs görəsən qeyri-iş günü olsa belə, yollarda müşahidə olunan intensivliyin səbəbləri nədir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, son zamanlar əksər insanlar qeyri-iş günlərində istirahət üçün ətraf rayonlara və qəsəbələrə üz tutur, bu isə yollarda sıxlıq yaradır.

“Dünən yollardakı vəziyyəti özüm də müşahidə etdim. Hətta Bakının mərkəzindən kənarda da istirahət günlərinə xas olmayan sıxlıq özünü göstərirdi. Məsələ ondan ibarətdir ki, son zamanlar əksər insanlar iş günü olmaması səbəbindən və bayram günü olduğundan istirahət və təbrik üçün müxtəlif ünvanlara üz tutur. Bunlar paytaxta yaxın hansısa rayon və ya şəhərətrafı qəsəbə ola bilər”.

Ekspertin fikrincə, dünən müşahidə olunan intensivlik bu gün və sabah da davam edəcək.

“Bakı-Sumqayıt yolundakı sıxlıq həmin istiqamətdə olan şimal rayonlarına gedənlərlə bağlıdırsa, Binəqədi şossesindəki intensivlik Novxanı və digər kəndlərdəki istirahət mərkəzləri və restoranlarla əlaqədardır. İnsanlar adətən bu cür qeyri-iş günlərini şəhərin səs-küyündən kənarda, nisbətən daha sakit yerlərdə keçirmək istəyir. Əslində bu sıxlıq təkcə dünən deyil, digər bayram günlərində də müşahidə olunur. Düşünürəm ki, elə bu səbəblərdən bu gün və sabah da gün ərzində nəqliyyatın hərəkətində intensivlik davam edəcək”.

Nazim Hacıyev