8 tibb müəssisəsi ilə bağlı Baş Prokurorluğa MÜRACİƏT EDİLDİbackend

8 tibb müəssisəsi ilə bağlı Baş Prokurorluğa MÜRACİƏT EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ilin 9 ayında 58 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin təmin olunması, həmçinin qida normalarının normativ sənədlərin tələblərinə uyğun tətbiq edilməsi ilə bağlı yoxlamalar həyata keçirilib”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

AQTA sədri 8 tibb müəssisəsində aşkar edilmiş pozuntularla bağlı materialların Baş Prokurorluğa göndərildiyini qeyd edib. Eyni zamanda, 28 tibb müəssisəsinin məsul şəxslərin yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edildiyini açıqlayıb.