8 yaşlı oğlan atasının sevgilisinin uşağını öldürdübackend

8 yaşlı oğlan atasının sevgilisinin uşağını öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Floridada səkkiz yaşlı uşaq dolu silahla oynayarkən faciə yaşanıb. O, təsadüfən digər bir uşağı öldürüb, o birini isə ağır yaralayıb.

NOCOMMENT.az xarici KİV-lərə istinadən xəbər verir ki, 1 yaşlı uşaq aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Yaralanan iki yaşlı ikinci uşaq xəstəxanaya yerləşdirilib.

Hadisə 8 yaşlı uşağın atası və sevgilisi ilə qaldığı moteldə baş verib. Hadisə qurbanları da elə sevgilisinin uşaqları olub. Hadisə baş verən zaman uşağın atası moteldə olmayıb, sevgilisi isə yatmış olub.

Ata dəlillərin saxtalaşdırılması, kobud səhlənkarlıq və odlu silahın təhlükəsiz saxlanması qaydalarına əməl edilməməsi ittihamları ilə həbs edilib.