80 erməni hərbçinin cəsədi hələ də meyitxanadadır – sahibləri yiyə durmurbackend

80 erməni hərbçinin cəsədi hələ də meyitxanadadır – sahibləri yiyə durmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vardan Avetisyan ölən əsgərlərin qalıqlarının harada basdırılacağını və onların məzar daşlarının necə görünəcəyini bildirib.

2020-ci ildə baş vermiş 44 günlük müharibədə ölən bir qrup erməni hərbçinin şəxsiyyəti müəyyən edilsə də, yaxınları ekspertizanın nəticələrinə inanmadıqlarına görə onlara sahib çıxmayıblar.

NOCOMMENT.az xəbər verkir ki, bunu “News.am”a müsahibəsində müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan deyib.

“Bir çox valideynlər DNT ekspertizasının nəticələrinə inanmırlar. Baxmayaraq ki, bəzi cəsədlərin qalıqları ekspertiza üçün xaricə də göndərilib”, – Avetisyan bildirib.

General deyib ki, sahibsiz cəsəd qalıqlarının basdırılması məsələsi ötən ildən müzakirə edilir, lakin ona baxılması “Yerablur”da tikinti işləri başa çatana qədər təxirə salınıb.

O əlavə edib ki, hazırda 80 cəsəd qalığına heç bir valideyn sahib çıxmayıb və onlar müxtəlif meyitxanalarda yerləşdirilib.

Ötən il isə belə cədələrin sayı 114 olub.

Avetisyan qeyd edib ki, cəsəd qalıqlarının basdırılması üçün “Yerablur”da bir ərazi ayrılacaq.

“Qəbir daşının üzərində DNT kodu, hərbçilərin doğum və ölüm tarixləri yazılacaq. Ad və soyad olmayacaq, çünki bu, çox həssas və problemli məsələdir. Valideynlər fikirlərini dəyişsələr, kodlarla övladlarının qalıqlarının hansı məzarda dəfn olduğunu öyrənə biləcəklər”, – Avetisyan deyib.

Xatırladaq ki, bu ilin fevralında səhiyyə naziri Anahit Avanesyan 44 günlük müharibənin qurbanlarının şəxsiyyətinin müəyyən edilməsi prosesinin başa çatdığını, lakin hələ də basdırılmamış qalıqların olduğnu bildirmişdi.

O demişdi ki, 100-dən çox qalıq təkrar ekspertiza üçün Niderlanda göndərilib və nəticələr 99% dəqiqləşdirilib. Anahit Avanesyan tanınması mümkün olmayan cəsəd qalıqlarının da olduğu bildirmişdi.