ABŞ və Avstraliya mütəxəssisləri İkinci Dünya Müharibəsi zamanı batan Amerika hərbi gəmisinin qalıqlarını aşkar ediblər.Yaponların məhv etdiyi gəmi Sakit okeanın dərinliklərində tapılıb.
NOCOMMENT.az CNN-ə istinadən xəbər verir ki, Yapon Donanması ilə son döyüşündə “rəqs edən siçan” kimi tanınan “Edsall” hərbi gəmisi 1942-ci ildə leytenant Coşua Niksin komandanlığı altında döyüşlərə qoşulub və Avstraliya sahillərində batırılıb.
ABŞ-nin Avstraliyadakı səfiri Karolin Kennedi “Edsall”ın tapıldığını elan edib: “Coşua Niks və ekipajı 26 Yaponiya gəmisinin hücumuna məruz qalıb. Yapon döyüş gəmiləri və kreyserləri “Edsall”a 1400 mərmi atıblar”. Avstraliyanın Hərbi Dəniz Qüvvələrinin rəisi, vitse-admiral Mark Hammond bildirib ki, 82 il əvvəl batan gəmi qabaqcıl hidroqrafik tədqiqat imkanlarının köməyi ilə tapılıb.