Bəzi dünya məşhurları ahıl yaşında ata olublar. Bunlar arasında məşhur aktyor və müğənnilər var. Onların sayı az olsa da, kiçik statistika yer alan məşhurlardan ən böyüyü 83 yaşındadır.
NOCOMMENT.az BAKU.WS-ə istinadən 70 yaşdan sonra ata olan məşhurların siyahısını təqdim edir:
Aktyor Çarli Çaplin
O 73 yaşında ata olub. Övladı Kristofer Çaplin 1962-ci ildə dünyaya gəlib. Çaplin yetkin yaşlarında dəfələrlə övlad sahibi olub. Lakin o da 70+ yaşında ata olan ən məşhur şəxslər sırasındadır.
Müğənni Mik Caqqer
Sənətçi 73 yaşında ata olub. Onun övladı Deveraux Jagger 2016-cı ildə doğulub.
Aktyor Robert De Niro
O 79 yaşında ata olub. Aktyorun övladı Gia Virginia De Niro 2023-cü ildə doğulub. Yaşına baxmayaraq karyerası və şəxsi həyatı aktiv qalan məşhurlardandır.
Aktyor Al Paçino
Al Paçino 83 yaşında ata olub. Onun oğlu Roman Paçino 2023-cü ildə doğulub. Hollivudun əfsanəsi də ən gec ata olan məşhurlardandır.
Aktyor Entoni Kvinn
O 81 yaşında ata olub. Geniş ailə sahibi olan meksikalı–amerikalı aktyor çox gec yaşlarında övlad sahibi olub.













