85 yaşlı baş həkimin 11 il həbsi tələb olundubackend

85 yaşlı baş həkimin 11 il həbsi tələb olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Külli miqdarda mənimsəmədə ittiham olunan Bakı şəhər 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri Rəsul Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, sonuncu prosesdə dövlət ittihamçısı baş həkim barəsindəki cəza tələbini elan edib. Prokuror Rəsul Baxşəliyevin 11 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Rəsul Baxşəliyevin 85 yaşı var. O, 1992-2021-ci illərdə baş həkim işlədiyi dövrdə bir sıra şəxslərin adlarını xəstəxanada bağban, tibb bacısı, sanitar, həkim kimi rəsmiləşdirdiyi, lakin özlərinin işə gəlmədiyi, maaşlarının isə mənimsənilməsində təqsirli bilinir.

İttihama görə, həmin xəyali işçilərə məxsus maaş kartlarının bəziləri də baş həkimin müavini Zinyət İbrahimovada olub. İbrahimova hər ay o kartlardan maaşları çıxararaq baş həkimə çatdırıb. Adları işçi kimi rəsmiləşdirilib, əslində isə xəstəxanada işləməyən şəxslərin adlarına açılmış maaş kartları vasitəsilə 2009-2021-ci illərdə dövlət büdcəsinə 629 min manat ziyan vurulub.