87 gündür aclıq edən fələstinli məhbus İsrail həbsxanasında dünyasını dəyişdibackend

87 gündür aclıq edən fələstinli məhbus İsrail həbsxanasında dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail həbsxanasında 87 gündür aclıq aksiyası keçirən fələstinli məhbus Hıdır Adnan həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin İslami Cihad Hərəkatı tərəfindən açıqlama verilib.

“Terroru və ədalətsizliyi qoruyan və müdafiə edən dünya qarşısında, azad qəhrəman Hıdır Adnan düşmənin törətdiyi cinayətə görə şəhid oldu” deyə açıqlamada qeyd olunub.

Fələstin Əsirlər Dərnəyinin aprelin 23-də verdiyi yazılı açıqlamada, İsrail hərbi məhkəməsinin 78 gündür aclıq aksiyası keçirən və səhhəti pisləşən Adnanın “zəminlik müqabilində azadlığa buraxılmasını” rədd etdiyi qeyd edilib.

Bəyanatda videokonfrans vasitəsilə məhkəməyə qatılan Adnanın dinləmə zamanı bir neçə dəfə huşunu itirdiyi də vurğulanıb.

NOCOMMENT.AZ