9 nəfəri öldürən təcavüzkar intihar edibbackend

 9 nəfəri öldürən təcavüzkar intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Oklahoma və Corciya ştatlarında törədilən qətllərdə ümumilikdə 9 nəfər ölüb, iki hücumçu isə intihar edib.

NOCOMMENT xəbər verir ki, Oklahoma ştatında 20 il cinsi təcavüzə görə məhkum olunan və yaxşı davranışı səbəbilə 2020-ci ilin əvvəlində sərbəst buraxılan Cessi MakFaddenin həyat yoldaşı, 3 uşağı və uşaqlarının 2 dostunu öldürərək intihar etdiyi bildirilib.

Okmulgee polis rəisi Joe Prentice mətbuata açıqlamasında qurbanların cəsədlərinin Oklahoma meşəliyindəki dərə yaxınlığında tapıldığını və onların hamısının başına bir-üç dəfə 9 mm-lik silahla vurularaq öldürüldüyünü söylədi.
Hücum edən MakFaddenin cəsədləri hadisə yerindən dərəyə daşıdığını və daha sonra intihar etdiyini qeyd edən Prentice, “Hər kəs bunun səbəbini anlamaq istəyir. Normal insanlar bunun səbəbini anlaya bilmir. Bu cür cinayətləri törədən insanlar pisdir və normal insanlar da bizim kimidir” yazıb.

Qeyd edək ki, 2003-cü ildə 17 yaşlı bir oğlana qarşı cinsi təcavüzə məruz qaldığı üçün girdiyi həbsxanadan azad edilən MakFaddenin 16 yaşlı bir qızla cinsi məzmun paylaşdığı üçün 2020-ci ildə yenidən mühakimə olunmuşdu.