9 şagird avtobusda dəm qazından zəhərləndi – YENİLƏNİBbackend

9 şagird avtobusda dəm qazından zəhərləndi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.

Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

***

12:39

Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

NOCOMMENT.az APA-ya istinadən məlumat verir ki, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda qəm qazının sızması baş verib. Məktəblilər Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.