9 yaşlı Pərvanə kameralar qarşısında satıldı – İnsan dəhşətibackend

9 yaşlı Pərvanə kameralar qarşısında satıldı – İnsan dəhşəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda ata yemək tapmadığı üçün 9 yaşlı qızını 55 yaşındakı bir kişiyə evlilik məqsədilə satıb.

NOCOMMENT.az xəbər verir ki, 55 yaşlı kişiyə evlilik məqsədilə satılan Pərvanə Malikinin görüntüləri dünyada şok effekti yaradıb.

Pərvanə Malikinin ailəsi 4 ildir ki, Badgs əyalətində düşərgədə yaşayır.

Beynəlxalq humanitar yardımların çatmadığı Əfqanıstanda insan böhranı davam edir. Bir neçə ay əvvəl 12 yaşındakı qızını evlilik üçün satan Əbdül Malik bu dəfə 9 yaşındakı qızı Pərvanəni “CNN İnternational” kanalının kamerları önündə satıb.

8 nəfərlik ailənin ölməməsi üçün qızını satmaq məcburiyyətində qaldığını söyləyən Əbdül Malik 9 yaşlı Pərvanəni 2 min 200 dollara satdıqdan sonra tarla və qoyun alıb.

Hazırda bir xanımı olduğunu bildirən Qurban isə deyib ki, Pərvanə ucuzdur və atası da çox yoxsuldur: “Pula ehtiyacı vardı, Pərvanə evimdə işləyəcək, onu döyməyəcəyəm”.

Ata Əbdül Malik isə qızını satdığı Qurbana “O, sənin gəlinindir, lütfən ona yaxşı bax, indi sənin məsuliyyətindədir. Xahiş edirəm onu döymə” deyib.
teleqraf