9 yaşlı uşaq oynadığı silahın partlaması nəticəsində öldübackend

9 yaşlı uşaq oynadığı silahın partlaması nəticəsində öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda oynadığı tüfəngin partlaması nəticəsində başından yaralanan 9 yaşlı uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, evin divarında asılı olan dolu ov tüfəngi ilə oynayan Çınar Güven Süer tətiyi çəkib.

Başından ağır xəsarət alan uşaq ailəsi tərəfindən Torbalı Dövlət Xəstəxanasına çatdırılıb.

Süer xəstəxanada edilən müdaxiləyə baxmayaraq həyatını itirib.

Baş verən hadisə ilə bağlı atasının ifadəsi alınıb.

NOCOMMENT.AZ