925 min manatlıq tender udan şirkətə vergi pozuntusuna görə cərimə kəsilibbackend

925 min manatlıq tender udan şirkətə vergi pozuntusuna görə cərimə kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi eşitmə aparatlarının satın alınması ilə bağlı keçirdiyi tenderin nəticələrini açıqlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, 925.399,9 manat dəyərində müqavilə bağlanması nəzərdə tutulan bu tenderin qalibi “AVAZ GROUP” MMC olub.

Lakin dövlət sifarişi qazanan şirkətin adı daha əvvəl vergidən yayınma halları ilə gündəmə gəlib. Belə ki, Operativ Vergi Nəzarəti tədbirləri zamanı aparılan yoxlamaların nəticəsi olaraq, nağdsız hesablaşmaların qanunvericiliyə uyğun aparılmaması faktı qeydə alınıb. Nəticədə şirkətə 50 manat maliyyə sanksiyası tətbiq edilib.

“AVAZ GROUP” MMC-nin qanuni təmsilçisi Mədət Sadıqov Baratəli oğludur.

Qeyd edək ki, “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir.Mərkəzin direktoru Asif Məcidovdur. Onun uzun illərdir ki, Mərkəzə rəhbərlik etdiyi bildirilir. Onun adı sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işində də hallanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun Məhkəmə çağırışına əməl etmədiyinə, bilərəkdən proseslərdən yayındığına görə məhkəməyə məcburi gətirilməsi haqqında qərar qəbul edilib.

Mərkəzin birbaşa tabe olduğu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir.