94 min manatlıq tender niyə uğursuz oldu? – İştirakçı çatışmazlığı sual doğururbackend

94 min manatlıq tender niyə uğursuz oldu? – İştirakçı çatışmazlığı sual doğurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Tələbə Krediti Fondu tələbə kreditlərinin geniş təbliği məqsədilə reklam və maarifləndirmə xidmətlərinin satın alınması ilə bağlı elan verib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, təbliğat-təşviqat xarakterli video və audio çarxların hazırlanması, televiziya, radio və sosial şəbəkələrdə yayımlanması, həmçinin açıq hava reklamlarının yerləşdirilməsi üçün nəzərdə tutulan ehtimal olunan məbləğ 94.156,13 manat təşkil edir.

Layihə çərçivəsində:

Bakı və regionlarda ali, orta ixtisas və peşə təhsili müəssisələrinin yaxınlığında bilbordlar, transparantlar və LED monitorlarda reklamların yerləşdirilməsi;

Sosial şəbəkələrdə (Facebook, Instagram, YouTube, Telegram, TikTok) minimum 100 min istifadəçiyə çatdırılması, İki televiziya kanalında və radioda 30 gün müddətində reklam çarxlarının yayımlanması, Təhsil tələbə kreditinin şərtləri, güzəştlər və qaytarılma prosedurlarını izah edən peşəkar videoçarxların (2D, 3D və animasiya) hazırlanması nəzərdə tutulub.

Satınalma işlərinin 60 gün ərzində icra olunacağı bildirilib.

Qeyd edək ki, dünən həmin tender ləğv olunmuşdu.

Ləğv edilmə səbəbi kimi Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır (36.1.1.) deyə göstərilimişdi.

Ləğv edilmə mətnində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 bəndinə əsasən satınalma ləğv edilərək yenidən keçiriləcək deyə qeyd edilmişdi.