Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
NOCOMMENT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,84 ABŞ dolları azalaraq, 96.14 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olaraq qeydə alınıb.