UEFA AFFA-ya çempionu açıqlamaq üçün vaxt verdibackend

UEFA AFFA-ya çempionu açıqlamaq üçün vaxt verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA milli assosiasiyalara Çempionlar Liqasında iştirak edəcək komandanın adını açıqlamaq üçün avqustun 3-dək vaxt verib.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Komitə 3 avqustu son tarix kimi müəyyənləşdirib. Yeni təqvimdə Çempionlar Liqasında iştirak üçün siyahıya toxunulmayacaq. İcraiyyə Komitəsi növbəti mövsümün təqvimini də təsdiqləyib.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi iyunun 18-də video-konfrans formatında iclas keçirəcək. İclasda Azərbaycan Premyer Liqasının bərpa məsələsinə baxılacaq.