ABŞ-ın dərman istehsalçısı “Pfizer Inc” və onun alman tərəfdaşı “BioNTech SE”nin Kovid-19 və qrip epidemiyasını hədəf alan qarışıq peyvənd üzərində işə başladığı açıqlanıb.
NOCOMMENT.az -ın xarici mediaya istinadən məlumatına görə, tək doza olaraq hazırlanan peyvəndin mRNA Kovid-19 peyvəndi, qrip peyvəndi və Omicron xatırlatma dozalarının kombinasiyası şəklində tədqiq edildiyi bildirilib.
BioNTech-in maliyyələşdirdiyi tədqiqat, kombinasiyalı peyvəndin təhlükəsizliyini, dözümlülüyünü və immun reaksiyasını ortaya çıxarmaq qabiliyyətini qiymətləndirmək məqsədi daşıyır. Tədqiqatlar ABŞ-da aparılır.
Digər tərəfdən, “Moderna Inc” və “Novavax Inc” şirkətlərinin də bənzər bir peyvənd üzərində çalışdıqları bildirildi.