DİN Kamil Zeynallı ilə bağlı məlumat yaydıbackend

DİN Kamil Zeynallı ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi bu gün sosial şəbəkələrdə tanınmış fitnes məşqçisi Kamil Zeynallının avtomobil yolunda polislərin olduğu ərazidə dava etməsi ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov Publika.az-a bildirib ki, hadisə Bakı-Şamaxı yolunda yerləşən karantin postunda qeydə alınıb: “Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq, aidiyyəti üzrə Polis Bölməsinə gətiriblər.

Polis Bölməsində də həmin şəxslərin izahatları alınaraq sərbəst buraxılıb. Buna baxmayaraq araşdırmalar davam etdirilir. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.