Gəncədə qadın 10-cu mərtəbədən yıxılaraq ölüb.
NOCOMMENT xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 12 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Hələlik şəxsiyyəti məlum olmayan 20-30 yaşlarında qadının binanın 10-cu mərtəbəsindən yıxıldığı bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.