Koronavirusdan ümumi ölüm sayına görə ilk 10 ölkə dünya üzrə ölümün 93,5%-ni təşkil edirbackend

Koronavirusdan ümumi ölüm sayına görə ilk 10 ölkə dünya üzrə ölümün 93,5%-ni təşkil edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus (COVİD-19) infeksiyasına yoluxma zamanı ən çox ümumi ölüm sayına görə ilk 10 ölkə müəyyən edilib.

NOCOMMENT.az infeksiyaya ən çox yoluxaraq həyatını itirmiş ilk 10 ölkə siyahısını təqdim edir.

Ən çox ölüm sayına 10 023 nəfərlə İtaliyada müşahidə edilir. İkinci yerdə 5 812 nəfərlə İspaniya durur. Üçüncü yerdə isə 3 295 nəfər ölüm sayı ilə virusun vətəni olan Çin durur. İran 3 295 nəfər ümumi ölüm sayı ilə 4-cü yerdədir. Fransa 2 314 nəfər cəmi ölüm ilə 5-ci və 1 943 nəfər ilə ABŞ 6-cı yerdədir.

28.03.2020 - Cəmi ölüm sayına görə ilk onluq
28.03.2020 – Cəmi ölüm sayına görə ilk onluq

Birləşmiş Krallıq 1 019 həyatını itirmiş ümumi say ilə 7-ci, Niderland 639 ölümlə 8-ci, Almaniya 403 ölmüş insan sayına görə 9-cu və 353 nəfər virusdan dünyalarını dəyişmiş Belçika 10-cu yerdədir.

İlk 10-luqda olan ölkələrin ümumi koronavirusdan ölmüş xəstə sayı 28 318 nəfərdir. COVİD-19 virusundan həyatlarını itirmiş dünya üzrə ümumi insan sayı 30 299 nəfər təşkil edir. Bununla da ilk 10-luqda olan ölkələrin ümumi ölmüş xəstələri cəmi dünya üzrə həyatını itirənlərin 93,5%-ni təşkil edir.

Qeyd olunan rəqəmlər 28.03.2020 tarixinə olan hesabatdır.