Bakıda iki həftə əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, noyabrın 16-da Məmmədov Abdulla İsrafil oğlu idarə etdiyi “Opel” markalı avtomobillə 1955-ci il təvəllüdlü Şəmsiyyət Zeynalovanı vurub.
Yaralı qadın dünən 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.