295-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

295-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 96 590 (+590) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 975 (+5) ədəd tank, 5 946 (+9) ədəd zirehli döyüş maşını, 1 943 (+12) ədəd artilleriya sistemi, 406 (+2) ədəd reaktiv yaylım atəş sistemi, 211 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 264 ədəd helikopter, 4 563 (+1) ədəd avtomobil texnikası, 1 644 (+27) ədəd PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 172 (+1) xüsusi  texnikadan ibarətdir.