İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,95% artaraq, 1 barelə görə 79,79 dollar təşkil edib.
NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında fevral ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,03% artaraq, 75,23 dollara bərabər olub.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 6,72% azalaraq, 6,167 ABŞ dolları təşkil edib.