İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,45% artaraq, 1 barelə görə 82,57 dollar təşkil edib.
NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında fevral ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,56% artaraq, 78,73 dollara bərabər olub.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,74% artaraq, 5,569 ABŞ dolları təşkil edib.