Müharibə ilində Ukraynada neçə azərbaycanlıya yaşama icazəsi verilib?backend

Müharibə ilində Ukraynada neçə azərbaycanlıya yaşama icazəsi verilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən il Azərbaycanın 2 307 vətəndaşı Ukraynada müvəqqəti və daimi yaşayış icazəsi alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 806 nəfəri ilk dəfə daimi yaşayış icazəsi alanlardır:

“Müvəqqəti yaşama icazəsi alan Azərbaycan vətəndaşlarının sayı isə 1 501 nəfər təşkil edib”.

Qeyd edək ki, Ukraynada 2022-ci ilin fevralından Rusiyanın hücumu nəticəsində genişmiqyaslı müharibə gedir.