Bu il Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.
NOCOMMENT.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planına əsasən, “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” portalı da yaradılacaq.
İcraçı orqanlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.