Almaniya iqtisadiyyatı inflyasiya səbəbindən kiçildibackend

Almaniya iqtisadiyyatı inflyasiya səbəbindən kiçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin son rübündə Almaniya iqtisadiyyatı enerji böhranı və rekord inflyasiya səbəbindən əvvəlki rüblə müqayisədə 0,4 faiz kiçildi.

NOCOMMENT-in məlumatına görə bunu Almaniya Federal Statistika İdarəsi (Destatis) açıqladığı yekun məlumatlarda bildirib.

Almaniya Federal Statistika İdarəsi (Destatis) açıqladığı məlumata görə Almaniyada mövsüm və təqvimdən təmizlənmiş Ümumi Daxili Məhsul (ÜDM) 2022-ci ilin son rübündə əvvəlki rüblə müqayisədə 0,4 faiz azalıb. Destatis yanvarın 30-da iqtisadiyyatın dördüncü rübdə 0,2 faiz kiçiləcəyini proqnozlaşdırmışdı. Ölkədə ÜDM 2021-ci ilin eyni rübü ilə müqayisədə 0,9 faiz artıb. Almaniya iqtisadiyyatı ötən ilin birinci rübündə 0,8 faiz, ikinci rübdə 0,1 faiz, üçüncü rübdə isə 0,5 faiz artıb. Belə ki, Almaniya iqtisadiyyatı Ukrayna-Rusiya müharibəsi, təchizat problemləri və enerji böhranı səbəbindən ləngiməsinə baxmayaraq, ötən il 1,9 faiz artıb.

Almaniya iqtisadiyyatının son rübdə daralmasının əsas səbəbi yüksək inflyasiyanın şəxsi istehlakı yavaşlatması idi. Xüsusi istehlak xərclərinin yüksək inflyasiya səbəbindən əvvəlki rüblə müqayisədə 1 faiz azalması diqqət çəkib.