Yaponiyanın yarımkeçirici çip konsorsiumu olan Rapidus, ölkənin şimalındakı Hokkaydo bölgəsində çip istehsalı müəssisəsi quracağını açıqladı.
NOCOMMENT xəbər verir ki, Ar-Ge sahəsi də daxil olmaqla 5 trilyon yen (37 milyard dollar) büdcə ayrılacaq investisiya çərçivəsində iki nanometr çip istehsalı hədəflənəcək.
Yaponiya hökuməti tərəfindən dəstəklənən və Toyota və Sony də daxil olmaqla 8 yapon şirkətinin iştirak etdiyi Rapidus konsorsiumu 2022-ci ilin avqustunda yaradılıb.