ABŞ-dan İsveç və Finlandiya AÇIQLAMASIbackend

ABŞ-dan İsveç və Finlandiya AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi “Əhəmiyyətli olan Finlandiya və İsveçin NATO-ya qoşulmasıdır” deyərək açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Con Kirbi bunun eyni vaxtda baş verib-verməməsinin əhəmiyyəti olmadığını bildirib.

Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kirbi hər iki ölkənin “NATO-da güclü müttəfiqlər” olacağını bildirib.

Qeyd edək ki, Türkiyədən də iki ölkənin üzvlük proseslərinin eyni sürətlə getməyəcəyinə dair bəyanatlar səslənib.

İsveç və Finlandiya hökumətləri isə birlikdə müraciət etdikləri NATO-ya eyni anda üzv olmaq istədiklərini bildiriblər.

NOCOMMENT.AZ