Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi ölkədə intihar edən tələbələrin sayının 2022-ci ildə ən yüksək həddə çatdığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, açıqlamaya görə ötən il ölkə daxilində intihar edən tələbələrin sayı əvvəlki ilə nisbətən 39 nəfər artaraq 512-yə çatıb.
Belə ki, 2022-ci ildə Yaponiyada 17 ibtidai, 495 orta məktəb şagirdi intihar edib.
Tələbə intiharları isə il ərzində ən yüksək – iyunda 60, sentyabrda isə 57 nəfər təşkil edib.
NOCOMMENT.AZ